Göygöldə toyda iki qardaş bıçaqlandı

Göygöldə toyda iki qardaş bıçaqlandı Hadisə

Göygöldə toyda iki qardaş bıçaqlanıb.

News24.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.

Toy məclisi zamanı 2005-ci il təvəllüdlü Ş.Atakişili və onun qardaşı bıçaqlanma xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Yaralılar dərhal əməliyyat olunub.

Hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır. (APA)