Gürcüstanda 30 yaşlı azərbaycanlı qadın faciəvi şəkildə öldü – Foto

Gürcüstanda 30 yaşlı azərbaycanlı qadın faciəvi şəkildə öldü – Foto Hadisə

Gürcüstanda azərbaycanlı qadın bədbəxt hadisə nəticəsində həyatını itirib.

News24.az xəbər verir ki, hadisə Gürcüstanın Bolnisi rayonunun Arxılı kəndində qeydə alınıb.

Kənd sakini, 30 yaşlı L. Əliyeva yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Məlumata görə, mərhum üç uşaq anası olub. Bildirilib ki, L. Əliyeva valideynlərinin yeganə övladı imiş.

Yaşar Araz

Gürcüstanda 30 yaşlı azərbaycanlı qadın faciəvi şəkildə öldü – Foto