Gürcüstanda azərbaycanlı qardaşlar faciəvi şəkildə öldü – FOTO
Hadisə
Dünən Gürcüstanda dəhşətli yol qəzası baş verib.
News24.az xəbər verir ki, Lilo–Rustavi avtomobil yolunda minik avtomobili TIR-a çırpılıb.
Nəticədə avtomobildə olan şəxslərdən 4 nəfər həlak olub. Onlardan ikisi Ramin və Zaur Əliyev qardaşlarıdır.
Onlar Dmanisi bələdiyyəsinin Hamamlı kəndinin sakinidir.
Qəzada vəfat edən digər 2 nəfər isə qadın sərnişinlər olub.
Fotodakı gənc Zaur Əliyevdir.
Yaşar Araz