Gürcüstanda mağazada güllələnərək öldürülən 27 yaşlı azərbaycanlının – Fotosu

Gürcüstanda mağazada güllələnərək öldürülən 27 yaşlı azərbaycanlının – Fotosu Hadisə

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda qətl hadisəsi baş verib.

News24.az xəbər verir ki, rayon mərkəzində yerləşən bazarda 27 yaşlı Sahib Bayramov və atası onlara məxsus zərgərlik mağazasında naməlum şəxs tərəfindən güllələnib.

Ağır xəsarət alan Sahib Bayramov xəstəxanaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq həyatını itirib.

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.

Məlumata görə, Sahib Bayramov atası ilə birlikdə bazarda ticarətlə məşğul olub.

Faktla bağlı Gürcüstan prokurorluğu tərəfindən araşdırma aparılır.

Yaşar Araz

Gürcüstanda mağazada güllələnərək öldürülən 27 yaşlı azərbaycanlının – Fotosu Gürcüstanda mağazada güllələnərək öldürülən 27 yaşlı azərbaycanlının – Fotosu