Gürcüstanda azərbaycanlı deputatın bibisi saxlanıldı

Gürcüstanda azərbaycanlı deputatın bibisi saxlanıldı Hadisə

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Antikorrupsiya Agentliyi bölgələrdə həyata keçirdiyi əməliyyatlar nəticəsində 5 rəsmi şəxsi korrupsiya ittihamı ilə saxlayıb.

News24.az xəbər verir ki, Gürcüstan mediasında yayılan iddiaya görə, həbs edilən şəxslər sırasında Marneulidəki 4 saylı orta məktəbin direktoru Dilara Darğallı da yer alır. İddialara görə, o, vətəndaşdan 300 dollar məbləğində rüşvət tələb edib.

Antikorrupsiya Agentliyinin direktoru Emzar Qaqnidze açıqlamasında bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi üzrə istintaq aparılır.

Qeyd olunur ki, Dilara Darğallı Gürcüstan parlamentindəki azərbaycanlı deputat Zaur Darğallının bibisidir.