Gürcüstanda azərbaycanlı gənci kim öldütdürüb? - Anasından açıqlama
Hadisə
Xəbər verdiyimiz kimi, Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzi bazarında ata və oğlu güllələnib, nəticədə 27 yaşlı Sahib Bayramov xəstəxanada həyatını itirib.
News24.az xəbər verir ki, mərhumun anası Xalidə Qurbanova naməlum şəxslərin uzun müddətdir ailələrini təhdid etdiyini bildirib.
Gürcüstan mediasına danışan qadın bildirib ki, cinayəti törədən şəxs özünü azərbaycanəsilli məşhur kriminal avtoritet Polad Ömərovun adamı kimi təqdim edib. O, əvvəllər Sahibə və qardaşına mesajlar yazaraq pul tələb edib. Hadisə baş verən gün də bazarda Sahib və atasının qızıl satışı ilə məşğul olduğu mağazaya yaxınlaşaraq Sahibi axtarıb.
Qeyd edək ki, Polad Ömərov bir müddət əvvəl Çexiyada həbs edilib. Daha sonra o, Çexiyadan ABŞ-yə ekstradisiya edilib.
Mərhumun atasının vəziyyəti ağır olaraq qalır.
Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19–109-cu maddəsi üzrə istintaq aparılır.
Yaşar Araz