Gürsütanda şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü: ölən və yaralananlar var
Hadisə
Gürcüstanda Qardabani bələdiyyəsinin Kosalı ictimai məktəbinin şagirdlərini ekskursiyaya aparan mikroavtobus qəzaya uğrayıb.
News24.az xəbər verir ki, mikroavtobusda təxminən 30 nəfər olub.
Hadisənin yolun kənarında baş verdiyi bildirilir.
Məlumata əsasən, mikroavtobusun sürücüsü avtomobili saxladıqdan sonra digər mikroavtobus sürücüsü ilə söhbət edib. Bu zaman isə arxadan gələn minik avtomobili mikroavtobusa çırpılıb.
Qəza nəticəsində sürücülərdən biri iki avtomobilin arasında qalaraq həyatını itirib.
Dünyasını dəyişən şəxsin 68 yaşlı Qardabani sakini olduğu bildirilir.
Hadisə zamanı bir neçə şagird müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralıların vəziyyəti ilə bağlı dəqiq məlumat verilməyib.
Hadisə yerinə polisi və təcili tibbi yardım briqadaları cəlb olunub. Faktla bağlı araşdırmalara başlanılıb. /24news.ge/