Hacıqabulda yol qəzasında ər və arvad xəsarət alıb

Hacıqabulda yol qəzasında ər və arvad xəsarət alıb Hadisə
Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var.

“Report”un məlumatına görə, hadisə zamanı Şəki rayon sakinləri, 1966-cı il təvəllüdlü Paşayev Vasif Qədir oğlu və onun həyat yoldaşı 1974-cü il təvəllüdlü Paşayeva Ədilə Rasim qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

Hər ikisi Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.