Hadrutda yağan qarın hündürlüyü 80 sm-ə çatdı
Hadisə
Hadrut qəsəbəsində son günlər müşahidə olunan intensiv qar yağışı nəticəsində qar örtüyünün hündürlüyü 80 santimetrə çatıb.
News24.az Rtv-nin Qarabağ bürosunə istinadən xəbər verir ki, güclü yağıntı bölgədə qış mənzərəsi yaradıb, eyni zamanda gündəlik həyatda müəyyən çətinliklərə səbəb olub.
Məlumata görə, bəzi kənd və qəsəbədaxili yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşıb. Aidiyyəti qurumlar yolların qardan təmizlənməsi və təhlükəsizliyin təmin olunması istiqamətində işləri davam etdirirlər.