Hafiz Zülfüqarov faciəli şəkildə ÖLDÜ
Hadisə
Bərdə sakini su kanalına yıxılaraq həlak olub.
News24.az İnsanoid.com-a istinadla xəbər verir ki, hadisə rayonun Lənbəran kəndində qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü Hafiz Zülfüqarov ehtiyatsızlıqdan Qarabağ kanalına yıxılaraq boğulub.
Faktla bağlı araşdırma aparılır.