Helikoper qəzaya uğradı - Çox sayda ölən var - Bu ölkədə
Hadisə
İndoneziyanın Qərbi Kalimantan əyalətində bir gün əvvəl qəzaya uğrayan helikopterin qalıqları aşkar edilib.
News24.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Bildirilib ki, helikopterin göyərtəsində olan şəxslərin hamısı həlak olub.
Məlumata görə, helikopter cümə axşamı səhər saatlarında qəzaya uğrayıb. Çətin relyef səbəbindən xilasedicilər hadisə yerinə yalnız axşam saatlarında çata biliblər. Bu səbəbdən axtarış-xilasetmə əməliyyatlarına dərhal tammiqyaslı şəkildə başlamaq mümkün olmayıb.
Qəzanın səbəbləri hələ müəyyən edilməyib, həlak olanların kimliyi isə açıqlanmayıb. / Jakarta Globe/