Hərbi helikopter qəzaya düşdü: - Ölənlər və yaralananlar var - VİDEO
Hadisə
Əfqanıstanın Qor vilayətində hərbi helikopter çay sahilində qəzaya uğrayıb.
News24.az xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Enayatullah Xarəzmi açıqlamasında deyib:
“Hərbi Hava Qüvvələrinə məxsus Mi-17 helikopteri səhər saatlarında qəzaya uğrayıb.
Əvvəllər Harirud çayına yuvarlanan mikroavtobusda sərnişinlərin cəsədlərini daşımaq təyin edilən helikopter texniki nasazlıq səbəbindən təcili eniş etmək istəyərkən divara çırpılıb.
Təəssüf ki, 1 nəfər ölüb, 12 nəfər yaralanıb. Müdafiə Nazirliyi mərhumun ailəsinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayır”.
Qeyd edək ki, qəza ilə bağlı araşdırmalara başlanılıb.
Günel Məlikzadə