Hərbi maşın qəzaya uğradı: - Ölənlər var

Hərbi maşın qəzaya uğradı: - Ölənlər var Hadisə
Türkiyədə hərbi maşın qəzaya uğrayıb.

News24.az
xəbər verir ki, məlumatı Anadolu agentliyi yayıb.

Məlumata görə, Türkiyə-İran sərhəd xəttində axtarış-yoxlama işləri aparan hərbçilərin içərisində olduğu avtomobildə yolların buz bağlaması səbəbindən sürücü idarəetməni itirib və qəza baş verib.

Hadisə nəticəsində 2 əsgər həlak olub.  

Faktla bağlı istintaq başladılıb.

Qumral Əliyeva