Heyvan bazarları ilə bağlı mühüm qərar – Qadağa bitdi?

Heyvan bazarları ilə bağlı mühüm qərar – Qadağa bitdi? Hadisə

Şamaxı və Göyçay rayonlarında yerləşən heyvan satışı bazarları biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılıb.

Bu barədə News24.az -a AQTA-dan məlumat verilib.

Bildirilib ki, qurum tərəfindən aparılan qiymətləndirmənin nəticələrinə əsasən hər iki bazarın fəaliyyətə başlaması ilə bağlı qərar verilib.

Bazarlarda sanitar-gigiyenik və baytarlıq tələblərinə uyğun şərait yaradılıb.

Qeyd edilib ki, daha əvvəl Bərdə, Salyan və Göygöl heyvan satışı bazarlarının fəaliyyətinə icazə verilmişdi.

Agentlikdən bildirilib ki, bütün görülən işlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir.

Heyvan bazarları ilə bağlı mühüm qərar – Qadağa bitdi? Heyvan bazarları ilə bağlı mühüm qərar – Qadağa bitdi? Heyvan bazarları ilə bağlı mühüm qərar – Qadağa bitdi?