"Hürriyyət"in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı

"Hürriyyət"in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı Hadisə

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat zamanı saxlanılan baş redaktor Vüqar Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

News24.az Səbail rayon Məhkəməsində keçirilən prosesdə bununla bağlı qərar elan olunub.

Qərara əsasən, Vüqar Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.

Qeyd edək ki, Vüqar Məmmədov ötən ilin oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.