İçki məclisinin faciəvi sonu - Sabunçudakı dəhşətli QƏTLİN TƏFƏRRÜATI
Hadisə
Bakının Pirşağı qəsəbəsinin ərazisində ölüm və xəsarətlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.
News24.az xəbər verir ki, 1999-cu il təvəllüdlü Sakit Piriyev mübahisə zəminində 1986-cı il təvəllüdlü Məzahir Xələfov və 1983-cü il təvəllüdlü Balağa Ağayevə bıçaqla hücum edib.
Nəticədə Məzahir Xələfov döş nahiyəsindən aldığı ağır xəsarətlə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onu həyatını xilas etmək mümkün olmayıb. Balağa Ağayev isə qol nahiyəsindən yaralanıb və ona ilkin tibbi yardım göstərilib.
Hadisəni törətməkdə şübhəli bilinən Sakit Piriyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Ətraflı RTV-nin sujetində: