Azərbaycanlılar Türkiyədə qəzaya düşdü – - ÖLƏN VAR

Azərbaycanlılar Türkiyədə qəzaya düşdü – - ÖLƏN VAR Hadisə

Türkiyənin İğdır vilayətində baş verən avtoqəza nəticəsində ölən şəxsin kimliyi məlum olub.

News24.az "Report"a istinadla xəbər verir ki, o, Şərur rayonu Mahmudkənd sakini, 1977-ci il təvəllüdlü Nəsirov Ramil Məhəmməd oğludur.

***

Türkiyənin İğdır vilayətində baş verən avtoqəza nəticəsində Azərbaycan vətəndaşı ölüb. 

Bu barədə "Report" xəbər verir. 

***

Türkiyənin İğdır vilayətində ağır avtoqəza olub.

News24.az "Report"a istinadla xəbər verir ki, İğdır-Aralıq magistralının Daşburun kəndi yaxınlığında səhər saatlarında baş verən yol-nəqliyyat hadisəsi zamanı 68-CA-524 qeydiyyat nişanlı "Mitsubishi" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı Naxçıvandan olan 1-i ağır olmaqla 5 nəfər xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.


Azərbaycanlılar Türkiyədə qəzaya düşdü – - ÖLƏN VAR