İki avtomobil toqquşdu, biri reklam lövhəsinə çırpıldı

İki avtomobil toqquşdu, biri reklam lövhəsinə çırpıldı Hadisə


Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə metronun "Elmlər Akademiyası" stansiyası yaxınlığında qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində onlardan biri yol kənarındakı reklam lövhəsinə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.