İki avtomobil toqquşdu, xəsarət alan var
Hadisə
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
News24.az APA-ya istinadən xəbər verir ki, qəza şəhərin “Bağman” adlanan ərazisində qeydə alınıb.
Hərəkətdə olan iki minik avtomobili toqquşub.
Nəticədə 1982-ci il təvəllüdlü N. Nəcəfov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.