İki avtomobil toqquşub, ölən var

İki avtomobil toqquşub, ölən var Hadisə


Qubada iki avtomobil toqquşub, ölən var.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Quba şəhərinin Əliqulu Nərimanov küçəsində "Opel" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub.

Nəticədə "Opel"in sürücüsü Natiq Qəhrəmanov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.