İki gün ərzində borca görə axtarışda olan 47 nəfər saxlanıldı
Hadisə
Həftəsonu axtarışda olduğu üçün ümumilikdə 67 nəfər saxlanılıb.
Bu barədə News24.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iki gün ərzində borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.