İki körpəsini öldürdü,soyuducuda gizlətdi

İki körpəsini öldürdü,soyuducuda gizlətdi Hadisə


Cənubi Koreyada Suvon Rayon Məhkəməsi 2018 və 2019-cu il təvəllüdlü iki yeni doğulmuş körpəsini  boğaraq cəsədlərini soyuducuda gizlədən qadına 8 il həbs cəzası verib.

News24.az xəbər verir ki, bu barədə Koreya mətbuatı məlumat yayıb.

Qeyd edək ki, qadının vəkili onun qətl əvəzinə daha yüngül cəza nəzərdə tutan “yeni doğulmuş uşağı öldürmə” cinayətində mühakimə olunmasını istəsə də, məhkəmə bu tələbi rədd edib. 

Qərarda müttəhimin ona ehtiyacı olan möhtac varlıqları 1 günlük ikən öldürməsinin qəbuledilməz olduğu vurğulanıb.

Təqsirləndirilən şəxsin meyitləri gizlətmədiyi və yas mərasimi üçün soyuducuda saxlamaq istəməsi ilə bağlı müdafiəsi də qəbul edilməyib.

Mehriban Mirzəzadə