İki qardaşın dəm qazından boğulduğu hadisənin - TƏFƏRRÜATI- YENİLƏNİB

İki qardaşın dəm qazından boğulduğu hadisənin - TƏFƏRRÜATI- YENİLƏNİB Hadisə

Xəbər verdiyimiz kimi Tovuza yasa gedən iki qardaş dəm qazından zəhərlənərək vəfat edib.

News24.az xəbər verir ki, Gencexeber.az-ın əməkdaşı hadisənin təfərrüatını araşdırıb.

Bədbəxt hadisənin baş verdiyi Əsrik Cırdaxan kəndinin kənd nümayəndəsi Telman Əmiraslanov bildirib ki, qardaşlar bacılarının yoldaşının yasına gediblərmiş:

“Dünən yasa gəlmişdilər, bu səhər isə evdən meyitləri tapıldı. Hər iki qardaş Sumqayıt şəhər sakinidir. Dəfn olunması üçün cəsədlər də Sumqayıta göndərildi”.