İlqar Məmmədov qətlə yetirildi - Yeniləndi

İlqar Məmmədov qətlə yetirildi - Yeniləndi Hadisə

Bakıda qətl hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə fevralın 21-də Şüvəlan qəsəbəsinin ərazisində qeydə alınıb.

Qəsəbə sakini, 1982-ci il təvəllüdlü İqor Lisenko münaqişə zəminində həmyerlisi, 1973-cü il təvəllüdlü İlqar Məmmədovu bıçaqla öldürüb.

İ. Lisenko polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.(apa)


Fevralın 21-də paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində İlqar Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

News24.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib kİ, ilkin araşdırmalarla İqor Lısenkonun tanışı İlqar Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. İqor Lısenko iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.