İmişlidə ağır qəza - 3 YARALI

İmişlidə ağır qəza - 3 YARALI Hadisə

İmişli rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə İmişli şəhəri ərazisində qeydə alınıb.

"Toyota" və "BMW" markalı minik avtomobillərinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Onlar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.