İmişlidəki ağır qəzada yaralananların son vəziyyəti – YENİLƏNDİ
Hadisə
İmişli rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Çahar kəndi ərazisində qeydə alınıb.
Hadisə zamanı "Mercedes" və "Hyundai" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində xəsarət alan dörd nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.(report)
15:05
İmişlidə baş verən avtomobil qəzasında xəsarət alan dörd nəfərin müalicəsi xəstəxanada davam etdirilir.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq İmişli Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Qeyd olunub ki, aprelin 13-də saat 13:00 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (1 kişi, 3 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralılara bədənin müxtəlif nahiyələrinin travması, sağ bazu sümüyünün aşağı üçdə birinin yerdəyişən sınığı, sol körpücük sümüyünün yerdəyişən sınığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri orta qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.