İmişlidə ağır qəza: Ölənlər və yaralılar var – YENİLƏNDİ

İmişlidə ağır qəza: Ölənlər və yaralılar var – YENİLƏNDİ Hadisə

İmişlidə baş verən qəzada yaralanan şəxslərdən daha bir nəfəri ölüb.

News24.az xəbər verir ki, ötən gün İmişli şəhərində baş verən qəzada ölənlərin sayı üçə çatıb.

Ağır vəziyyətdə İmişli xəstəxanasının reanimasiya şöbəsində müalicə alan "Tayota Prius"un sürücüsü İmişli şəhər sakini, 1985-ci il təvəllüdlü Abdullayev Murad Vəli oğlu ölüb. (APA)

**01:04

İmişlidə baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

News24.az xəbər verir ki, hadisə İmişli şəhəri ərazisində qeydə alınıb.

“Mercedes” və “Toyota Prius” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər həyatını itirib, daha 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.//apa