İnterpoldan ƏMƏLİYYAT: - Ceyhun Mərdəliyev Bolqarıstanda saxlanıldı

İnterpoldan ƏMƏLİYYAT: - Ceyhun Mərdəliyev Bolqarıstanda saxlanıldı Hadisə

Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosu beynəlxalq axtarışda olan şəxsi həbs edib. 

News24.az Lent.az-a istinadla bildirir ki, Azərbaycan  Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1972-ci il təvəllüdlü Ceyhun Dadaxan oğlu Mərdəliyevin Bolqarıstanda gizləndiyi məlum olub. 

İnterpolun Milli Mərkəzi Bürosunun həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Ceyhun Mərdəliyev həmin ölkədə saxlanılıb. 

Hazırda onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.