İranda etirazlar: İraqdan silahlı qrupların ölkəyə gətirildiyi iddia edilir

İranda etirazlar: İraqdan silahlı qrupların ölkəyə gətirildiyi iddia edilir Hadisə

İranda etiraz aksiyalarının genişlənməsi fonunda hakimiyyətin ölkə daxilində təhlükəsizliyi gücləndirmək məqsədi ilə İraqdan özünə bağlı silahlı qruplaşmaların üzvlərini ölkəyə gətirdiyi bildirilir.

News24.az xəbər verir ki, bu barədə xarici KİV-lər İraqdakı mənbələrə istinadən məlumat yayıb.

“Kətaib Hizbullahı”, “Hərəkət Əlnücəba”, “Seyid əş-Şühəda” və “Bədr” silahlı qruplaşmalarına mənsub təxminən 800 nəfər İrana keçib.

Məlumatda qeyd olunub ki, bu silahlılar Şələmçə, Çəzabə və Xosrəvi sərhəd-keçid məntəqələri vasitəsilə İrana daxil olub.

Rəsmi sənədlərdə onların Məşhəddə yerləşən İmam Rza türbəsinin ziyarətçiləri kimi təqdim edildiyi bildirilib.

Sözügedən silahlı şəxslər əvvəlcə Əhvaz şəhərindəki Xameneyi bazasında toplanır, daha sonra isə etirazların yatırılması üçün ölkənin müxtəlif bölgələrinə göndərilir.