İrandakı etirazlarda ölənlərin sayı açıqlandı
Hadisə
İranda 1 həftədən artıq davam edən etirazlar zamanı azı 35 nəfər həlak olub, 1,2 mindən çox şəxs həbs edilib.
News24.az xəbər verir ki, bu barədə “Human Rights Activists News Agency” (HRANA) məlumat yayıb.
Həlak olanlar arasında 29 etirazçı, dörd uşaq və iki təhlükəsizlik əməkdaşı var.
İranın Fars agentliyi hüquq-mühafizə orqanlarının nümayəndələrinin də yaralandığını bildirir.
Məlumata görə, təxminən 250 polis əməkdaşı və 45 Bəsic milis üzvü xəsarət alıb.