İranlı vəkil Fərid Səfərlini ALDATDI

İranlı vəkil Fərid Səfərlini ALDATDI Hadisə

Xəbər verdiyimiz kimi, İranda həbs edilən Fərid Səfərliyə 2 il yarım həbs cəzası verilib.

News24.az xəbər verir ki, bu barədə Fərid Səfərlinin anası Dilarə Əsgərova məlumat verib.

O bildirib ki, İranda tutduğu vəkil Fəridin cəzasının artırılmadığını desə də, apellyasiya məhkəməsi cəzanı 2 il yarıma qədər artırıb:

" İran XİN-lə danışdım. Məlumat verildi ki, apellyasiya məhkəməsi Fəridin həbs müddətini artıraraq 2 il yarım iş kəsib. Qanım dondu. Vəkil mənə demişdi ki, 2 il olduğu kimi qalıb. Vəkil telefonlarıma cavab vermir. İranda tutduğum ikinci vəkildir ki, məni aldadır. Bu yaxınlarda Fərid öyrənib ki, Fəridin qızla danışıqları tərcümə edilməyib. Halbuki buna görə vəkil bizdən 1500 avro  əlavə pul almışdı. Fərid vəkildən tərcüməçinin nömrəsini istəyib. O isə bu günə kimi nömrəni vermir. İşin içində də təzə tərcümə yoxdur. Fəridə kitab alınması üçün vəkilə pul göndərsəm də, kitab alınmayıb. Mənə isə dedi ki, bizi içəri buraxmadılar. Fəridlə bağlı bir neçə yerə getdim məlumatı da yalan idi. Fərid dedi ki, ana, yalan danışır, yoxlayacağam. 

Növbəti dəfə vəkil Qum şəhərində hakimlə görüşə gəlmişəm deyəndə Fərid mənim də yanıma gəl deyib. Sonra isə məlum olub ki, heç Quma getməyib. Mən bunu açıb-ağartmaq istəmirdim. Ancaq bu səhər biləndə ki, Fəridin işinin artırılmasını da bizə deməyib dözə bilmədim. 

5000 avro alıb bizi ələ salmağını ona bağışlamayacağam. Media nümayəndələri və XİN-dən xahişim isə İran səfirliyinə bu barədə şikayət etmələridir. Açıqlama versin ki, bizi niyə aldadıb? Təbrizdəki konsulluqdan da şikayətimi Tehranda yerli hüquq-mühafizə orqanlarına çatdırmaqlarıdır. Vəkilin adı Tahir Nəgəvidir".