İsa Məsihin bu FOTOSU - GÜNDƏM OLDU
Hadisə
İspaniyanın Sevilya şəhərində Pasxa bayramı üçün hazırlanan plakatda İsa Məsihin təsviri ölkəni iki yerə bölüb. Bəziləri şəkli "çox erotik", bəziləri isə tamamilə uyğun olduğunu deyib.
News24.az bildirir ki, həftə sonu Sevilya Şəhər Şurası tərəfindən təqdim edilən plakata bir neçə saat ərzində minlərlə etiraz gəlib. Minlərlə insan posterin dərhal geri götürülməsini tələb edən petisiyaya imza atıb.
"Tagesspiegel" qəzetinin məlumatına görə, son onlayn sorğuda 87 faiz afişanın uyğunsuz olduğuna səs verib.
Şəklin rəssamı Salustiano García, İsanın təsvirinin katolik sənəti ilə tamamilə uyğun olduğunu söyləyib: "Şəkildə utanc verici şeylər görənlər öz içindəki çirkli şeyləri əks etdirirlər. Bu reaksiyaların mədəniyyətsizlikdən qaynaqlanır və xristian sənətini bilən insanların bu rəsmin son dərəcə təbii olduğunu anlayacaq", deyə o bildirib.
Sevilyanın mühafizəkar meri Xose Luis Sanz Qarsiyanı dəstəkləyərək rəsmin fərqli və cəsur olduğunu bildirib.
Nəzrin