İsmayıllıda maşın piyadanı vurub öldürdü
Hadisə
İsmayıllıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, fevralın 7-də saat 02 radələrində Zaur Bilalov idarə etdiyi “Opel” markalı avtomobillə İsmayıllı rayonunun Xanagah kəndi ərazisində hərəkətdə olarkən yolu keçən piyada, 36 yaşlı Cavad Xəlilovu vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.