İstanbulda zəlzələ vaxtı biabırçılıq - VİDEO
Hadisə
Ötən gün İstanbulda zəlzələni fürsət bilən şəxslər oğurluq ediblər.
News24.az Milli.Az-a istinadən xəbər verir ki, ötən gün İstanbulda baş verən 6 ballıq zəlzəni, insanların binaları boşaltmasını fürsət bilən iki qadın oğurluq etməyə çalışıb.
Hadisə dünən saat 16:00-da Eski Habipler Mahallesində baş verib. Zəlzələdən sonra vətəndaşlar təhlükəsizlik məqsədilə binaları tərk edib küçələrə axışıblar. Bu zaman iki qadın boş binaya girərək mənzilləri yoxlamağa başlayıblar. Həmin anlar kameraya düşüb.