Jurnalistlər binasının qarşısında yük maşını piyadanı vurub
Hadisə
Bakının Səbail rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az APA-ya istinadla xəbər verir ki, qəza Bayıl qəsəbəsində, "Jurnalistlər binası"nın qarşısından keçən yolda qeydə alınıb.
Yük maşını yolu keçən piyadanı vurub.
Əraziyə polis əməkdaşları cəlb edilib.