Kazana uçan təyyarə Bakıya məcburi eniş etdi

Kazana uçan təyyarə Bakıya məcburi eniş etdi Hadisə

“FlyDubai” aviaşirkətinə məxsus, Dubay — Kazan marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı texniki səbəblə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.

News24.az xəbər verir ki, Beynəlxalq hava limanından bildirilib ki, “Boeing 737” tipli təyyarə saat 00:04-də Bakıya uğurla eniş edib.

Hava limanı tərəfindən bütün zəruri xidmətlər operativ şəkildə səfərbər edilib və görülən tədbirlər beynəlxalq aviasiya təhlükəsizliyi protokollarına tam uyğun həyata keçirilib.