Kəlbəcərdə minaya düşən hərbçilərimizin - SON DURUMU

Kəlbəcərdə minaya düşən hərbçilərimizin - SON DURUMU Hadisə

Avqustun 5-i saat 19:05 radələrində Kəlbəcər rayonu ərazisində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşüb.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib.

Onların həyatları üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.