Şəkidə avtomobil ağaca çırpıldı, 68 yaşlı qadın öldü

Şəkidə avtomobil ağaca çırpıldı, 68 yaşlı qadın öldü Hadisə

Şəkidə minik avtomobili ağaca çırpılıb, ölən və xəsarət alan var.

News24.az xəbər verir ki, gecə saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində Elsevər İsmayılovun idarə etdiyi “Mercedes” markalı avtomobil ağaca çırpılıb. Nəticədə, nəqliyyat vasitəsində olan sərnişinlər ana və oğlu, 68 yaşlı Tamilə İsmayılova və 49 yaşlı Rizvan İsmayılov xəsarət alıblar. T.İsmayılova aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. // APA