Şəkidə fərdi yaşayış evi yandı – Video

Şəkidə fərdi yaşayış evi yandı – Video Hadisə

Şəkidə birmərtəbəli fərdi yaşayış evində yanğın olub.

News24.az xəbər verir ki, hadisə rayonun Baş Göynük kəndində olub.

Kənd sakini Əhmədov Fazil Əli oğluna məxsus 196 kvadratmetr, 4 otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Yanğın Şəki rayon Yanğından Mühafizə hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Ev sahibləri Bakıya xəstə övladlarını apardıqları üçün yanğın zamanı evdə heç kim olmayıb. Evin yanması xəbərini onlara gecə saat 02.00 radələrində veriblər.

Ev sahiblərinin iddiasına görə evə əvvəlcə oğru girib qızıl zinət və digər əşyaları oğurladıqdan sonra evi yandırıb.

Faktla bağlı araşdırma aparılır.

Yaşar Araz