Şəkidə iki avtomobil toqquşdu: xəsarət alanlar var
Hadisə
Şəkidə iki avtomobil toqquşub, iki nəfər xəsarət alıb.
News24.az xəbər verir ki, bu gün saat 19 radələrində Şəki şəhəri ərazisində “Daewo” və “Hyundai” markalı avtomobillər toqquşub.
Nəticədə “Daewo”nun sürücüsü, 55 yaşlı Şamxal Əhmədov və “Hyundai”da olan sərnişin, 33 yaşlı Nərgiz Əbdülova xəsarət alaraq, Şəki rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. (Unikal)