Körpəsinə siqaret çəkdirən ata saxlanıldı

Körpəsinə siqaret çəkdirən ata saxlanıldı Hadisə

Sosial şəbəkələrdə canlı yayımla uşağa tütün məmulatları çəkdirməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.  

Daxili İşlər Nazin mətbuat xidmətinin baş inspektoru Elburus İbrahimov bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd  hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb. O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib. 

Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.