Laçın sakinlərindən 7 tüfəng götürüldü
Hadisə
Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində vətəndaşlar tərəfindən odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan News24.az-a bildirilib ki, tədbirlər zamanı polis əməkdaşları müxtəlif kalibrli 7 tüfəngi təhvil götürüblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.