Lənkəranda 2 maşın toqquşdu, - ÖLƏN VAR

Lənkəranda 2 maşın toqquşdu, - ÖLƏN VAR Hadisə
Lənkəran rayonunun Vilvan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, sentyabrın 17-də saat 13 radələrində Lənkəran rayonunun Vilvan kəndi ərazisində Osaküçə kənd sakini Şəmsəddin Babayevin idarə etdiyi “VAZ-2107” və Astara rayon sakini R.Əliyevin idarə etdiyi “Mercedes” markalı yük avtomobili toqquşub. Nəticədə Ş.Babayev hadisə yerində ölüb.