Lənkəranda 45 yaşlı qadın binadan yıxılaraq öldü - YENİLƏNDİ
Hadisə
Avqustun 24-də saat 09 radələrində Lənkəran rayon sakini 1995-ci il təvəllüdlü Əfsanə Əsgərlinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
News24.az xəbər verir ki, Lənkəran rayon prokurorluğundan Teleqraf-a verilən məlumata görə, ilkin araşdırmalarla Lənkəran rayonu, Liman şəhəri ərazisində 1993-cü il təvəllüdlü Nicat Lələzadənin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək arvadı Əfsanə Əsgərlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nicat Lələzadə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
***
Lənkəranda qadın binadan yıxılaraq ölüb.
News24.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Vel kəndində qeydə alınıb.
Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Tünzalə Hidayət qızı Ələkbərova istirahət məqsədilə tanışının evinə qonaq gəlib. 3 uşaq anası olan qadın evin balkonunda durarkən məhəccərə söykənib. Bu zaman məhəccər qoparaq qadının binadan aşağı yıxılmasına səbəb olub.
Aldığı ağır baş xəsarətlərindən T.Ələkbərova hadisə yerində dünyasını dəyişib. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.