Lənkəranda ailənin 10-cu uşağı doğuldu

Lənkəranda ailənin 10-cu uşağı doğuldu Hadisə

Lənkəran rayonunun Sinovli kəndində yaşayan Samirə Mehrəliyeva və Niyazi Həbibovun ailəsində 10-cu uşaq dünyaya gəlib.

News24.az-ın məlumatına görə, körpə yeni təqvim ilinin ilk dəqiqələrində anadan olub.

45 yaşlı ana Samirə Mehrəliyeva bildirib ki, uşaqların tərbiyəsi və təhsili ailə üçün prioritetdir.

Ailənin 7 qızı və 3 oğlu var, onların beşi artıq ailə həyatı qurub. Valideynlər qeyd ediblər ki, imkan olarsa, yenidən uşaq dünyaya gətirmək istərdilər.