Lənkəranda iki bacı dəm qazından zəhərləndi – Fotolar
Hadisə
Lənkəranda dəm qazından zəhərlənmə olub.
News24.az xəbər verir ki, hadisə rayonun Separadi kəndi ərazisində qeydə alınıb.
Kənd sakinləri 67 yaşlı Firayə Əliyeva və bacısı 54 yaşlı Rəna Kərimova vanna otağında huşsuz vəziyyətdə tapılıblar. Hər iki bacı ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Onlara zəruru ilkin tibbi yardım göstərilib.
Yaxınlarının dediyinə görə, hadisəyə səbəb vanna otağında odun peçi və peçin də üstündə buxar verən daşlar olub. Ehtimal olunur ki, vanna otağında həmin daşlardan çıxan buxar dəm qazının yaranmasına səbəb olub.
Onu da qeyd edək ki, Rəna bacısı Firayənin evinə qonaq gəlib.
Faktla bağlı araşdırma aparılır.
Yaşar Araz