Lerikdə ağır qəza: - ÖLƏN VƏ YARALILAR VAR

Lerikdə ağır qəza: - ÖLƏN VƏ YARALILAR VAR Hadisə
Sentyabrın 12-də saat 16 radələrində Lerik şəhərinin ərazisində Gürdəsər kənd sakini Ş.Xosrofov idarə etdiyi “QAZel” markalı avtomobili yolun kənarındakı divara vurub.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Şirvan Məmmədov orada ölüb.

Lerik RPŞ tərəfindən araşdırma aparılır.