Lisey şagirdi həmyaşıdını bıçaqladı

Lisey şagirdi həmyaşıdını bıçaqladı Hadisə

Almaniyada orta məktəb şagirdi sevgilisinə bıçaqla hücum edib.

News24.az bildirir ki, bu barədə Bild nəşri məlumat yayıb.

Bildirilib ki, 18 yaşlı oğlan qadın həmyaşıdını bıçaqla vuraraq maşına minib qaçıb. Qız həyati təhlükəsi olan xəsarətlər alıb.

Bir müddət sonra həmin şübhəli şəxs yol qəzası törədib. Nəticədə o, yüngül bədən xəsarətləri alıb və hadisə yerində həbs edilib.

Nəzrin