Lökbatandakı yanğında "Birmarket"ə məxsus anbara zərər dəydi

Lökbatandakı yanğında "Birmarket"ə məxsus anbara zərər dəydi Hadisə

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki yanğında "Birmarket"ə məxsus anbara da zərər dəyib.

News24.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən aktiv sifarişlərin çatdırılmasında gecikmələr və yeni sifarişlərin qəbulunda çətinliklər yaşana bilər.

Qeyd edək ki, bu gün səhər saatlarında Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib və alovun söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və 2 helikopter cəlb olunub. Yanğının geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb. Hazırda alovun tam söndürülməsi üçün zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Lökbatandakı yanğında "Birmarket"ə məxsus anbara zərər dəydi