Marketə bıçaqlı hücum - YARALILAR VAR

Marketə bıçaqlı hücum - YARALILAR VAR Hadisə

Rusiyanın St. Sankt-Peterburq Səhiyyə Komitəsinin verdiyi açıqlamaya görə, “Okey” adlı marketdə bir nəfər bıçaqla müştərilərə hücum edib.

News24.az xəbər verir ki, hücum nəticəsində 5 nəfər yaralanıb. Yaralılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilib.

Rusiya İstintaq Komitəsinin verdiyi açıqlamada 44 yaşlı təcavüzkarın tutulduğu və hadisə ilə bağlı istintaq başladıldığı qeyd edilib.

Günel Məlikzadə